09.09.2019

Rayon təhsil işçilərinin sentyabr konfransının bölmə iclasları keçirilib

Samux rayon təhsil işçilərinin sentyabr konfransının bölmə iclasları keçirilib.

Məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçılar, fənn üzrə metodbirləşmə sədrləri, məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri və məktəb kitabxanaçılarının iştirakı ilə keçirilən iclaslarda təhsil sahəsi üzrə hüquqi normativ sənədlərdən irəli gələn vəzifələr müzakirə olunub, yeni tədris ilində qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Metodik bölmə iclaslarında kurikulumların və qiymətləndirmə növlərinin tətbiqi, fənlərin tədrisi metodikası, psixoloji xidmətin təşkili ilə bağlı yeniliklərin və digər aktual məsələlərin müzakirəsinin təşkili istiqamətində müəllimlərə fənn proqramındakı və dərsliklərdəki dəyişikliklər və əlavələr bildirilib, siniflər üzrə dərslik və proqramlar təhlil edilib, buraxılış imtahanlarının nəticələri nəzərə alınmaqla fənlərin tədrisi ilə bağlı məsələlər müzakirə olunub.

        Həmçinin bu il Müəllimlərin İşə Qəbulu imtahanı nəticəsində Samux rayon ümumi təhsil məktəblərində işləmək hüququ qazanmış müəllimlərin məktəb direktorlarına təqdimatı keçirilib.


Açar sözlər: ,  ,