16.09.2019

Samux rayon ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib

Samux rayon ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib.

“Bilik günü” və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri çıxış edərək öz xoş arzularını bildiriblər.

Tədbirlərdə həmçinin birincilər hazırladıqları kompozisiyalarla  çıxış edərək, yeni dərs ilinin başlandığını bildirən ilk zəng səsləndiriblər.

Yeni tədris ilində Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə, 9541 şagird təhsil alacaq ki, həmin şagirdlərin də 913 nəfəri birinci sinif şagirdləridir.

Qeyd edək ki, Samux Rayon Təhsil Şöbəsinin tabeliyində 23 tam orta,11 ümumi orta, 1 ibtidai məktəb və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.


Açar sözlər: ,  ,