07.11.2019

Bayraq mənliyimdir,  bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim

 

Samux rayon ümumtəhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət  Bayrağı Günü münasibətilə  “Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim” devizi altında vətənpərvərlik mövzusunda karaoke müsabiqəsi təşkil edilib.

Müsabiqə məktəblilər tərəfindən böyük maraqla qarşılanıb. Müsabiqədə hər məktəbdən 2 nəfər olmaqla 23 tam orta məktəbin şagirdləri iştirak ediblər.

Karaoke müsabiqəsində məktəblilərin oxuduqları mahnılar münsiflər heyyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Münsiflər heyyəti tərəfindən Samux Rayon Təhsil Şöbəsinin metodisti Sabitə Nəsibova, Gənclər və İdman İdarəsinin  nümayəndəsi Rasim İmamquluyev və rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Səhanə Tağıyeva iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəq məktəblilər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və istedadlı şagirdlərin bacarıqlarını nümayiş etdirməkdən ibarət olmuşdur.

Münsiflər heyyətinin yekun qərarına əsasən müsabiqənin qalibi Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin şagirdi Jalə Orucova olmuşdur.


Açar sözlər: ,  ,  ,