08.11.2019

Samux rayon ümumi təhsil müəsisələrində “Uşaq Hüquqları aylığına”  həsr olunmuş silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 20 noyabr Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə  silsilə tədbirlər keçirilir.

Qeyd edək ki, ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının bu il 30 illiyi qeyd olunur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində Samux rayon ümumi təhsil müəssisələrində də bir sıra mühüm tədbirlər həyata keçirilib.

Keçirilən tədbirlərdə məruzəçilər tərəfindən Uşaq Hüquqları Konvensiyasının yaranma tarixindən, bu günün təsis olunmasından, uşaqların ailədə və cəmiyyətdəki hüquq və vəzifələrindən, həmçinin dövlətimiz tərəfindən onların hüquqlarının müdafiəsindən danışılıb, həmçinin dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açılıb.


Açar sözlər: ,  ,