18.11.2019

Samux məktəbliləri “Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyasının növbəti mərhələsi üçün yola salınıblar

“Ölkəmizi tanıyaq” tur-ksiyasının növbəti mərhələsi çərçivəsində Samux rayon ümumi təhsil müəssisələrinin şagirdləri Qəbələ - Şəki - Zaqatala istiqamətinə yola salınıblar. Yola salma mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, müəllim və valideynlər iştirak ediblər.

Yola çıxmazdan əvvəl məktəblilər Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət ediblər.

Sonra məktəblilər onlar üçün ayrılan avtobusla qeyd olunan marşrut üzrə yola düşüblər.

Məktəblilərin vətənpərvərlik tərbiyəsində, onların Azərbaycanın tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində mühüm rol oynayan və artıq ənənə halını alan  “Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyası Prezident İlham Əliyevin tapşırığına əsasən təşkil olunur.


Açar sözlər: ,  ,