21.11.2019

“Ölkəmizi tanıyaq”  maarifləndirici tur-aksiyası başa çatıb

Samux  məktəblilərinin iştirak etdikləri “Ölkəmizi tanıyaq” devizi altında  təşkil olunan tur-aksiya noyabrın 21-də sona çatıb.

Noyabrın 18-də başlayan  tur-aksiya çərçivəsində Samux rayon ümumi təhsil müəssisələrindən  40 nəfərlik şagird qrupu Qəbələ - Şəki - Zaqatala istiqamətinə yola düşüblər.

Samux məktəbliləri səfərdə olduqları 4 gün ərzində Qəbələ rayonu ərazisində ağacəkmə aksiyasında iştirak ediblər, daha sonra Nohur gölə, Şəki şəhər Heydər Əliyev Mərkəzinə, dünya şöhrətli Şəki xan sarayına, Şəki Tarix-Diyarşünaslıq  Müzeyinə, Zaqatala qalasına, Heydər Əliyev parkına,  Qəbələ Fındıq  emalı zavoduna, Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə, Gilan Qida Şəhərciyinə, “Qəbələnd” əyləncə mərkəzinə, Kiş Alban məbədinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, Heydər Əliyev adına Qəbələ Konqres  Mərkəzinə ekskursiya ediblər, həmçinin məktəblilər onlar üçün təşkil olunmuş müxtəlif müsiqili, əyləncəli şou-proqramlarda iştirak ediblər.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri və Ulu Öndər  Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən təşkil olunur.


Açar sözlər: ,  ,