21.11.2019

“Zirvə”  intellektual bilik yarışmasının Samux rayonu üzrə seçmə mərhələsi keçirilib

21 noyabrda Samux şəhər 2 nömrəli tam orta məktəbin akt zalında ARB  Kəpəz  televiziya kanalının təşkil etdiyi  "Zirvə" intellektual bilik yarışmasının seçmə mərhələsi keçirilib.

3 turdan ibarət olan intellektual yarışmada  rayon üzrə tərkibi 4 nəfər  şagirddən ibarət olmaqla 6 məktəbin  komandası  iştirak edib. Komandalara  hər  bir  tur üzrə  8  sual olmaqla ümumilikdə  24 sual təqdim olunub.

Təqdim olunan sualların 17-nə düzgün cavab verməklə  İnstitut qəsəbə tam orta məktəbi təmsil edən  komanda  1-ci yerə layiq görülərək  intellektual bilik yarışmasının regional mərhələsində  iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, artıq 7 ildir Kəpəz televiziyası tərəfindən təşkil edilən  “Zirvə”  intellektual bilik yarışması məktəblilər tərəfindən böyük maraqla qarşılanır.


Açar sözlər: ,  ,