26.11.2019

Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

Noyabr ayının 26-da Samux rayon ümumi təhsil məktəb direktorlarının iştirakı ilə Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib.

İclasın gedişində Samux Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri  və metodistləri  tərəfindən Samux şəhər 3 nömrəli tam orta məktəbinin monitorinqinə,  Qovlarsarı kənd tam orta məktəbində fənlərin tədrisi vəziyyətinin monitorinqinə,  Əhmədbəyli və Qaraağaclı  kənd tam orta məktəblərində isə  pedoqoji işin təşkili vəziyyətinə dair yoxlamaların nəticəsi  və  həmçinin  fənn olimpiadalarının rayondaxili turuna hazirliq barədə  məsələlər müzakirə edilib.

Sonda Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov tərəfindən iclas iştirakçılarına görüləcək işlərlə bağlı tapşırıqlar verilib.


Açar sözlər: ,  ,