02.12.2019

Samux şəhər 2 nömrəli tam orta məktəbdə adını daşıdığı şəhid Səhrəddin Əliyevin anadan olmasının 65-ci il dönümünə həsr olunmuş xatirə lövhəsinin açılış mərasimi təşkil olunub

Samux şəhər 2 nömrəli tam orta məktəbdə adını daşıdığı şəhid Səhrəddin Əliyevin anadan olmasının 65-ci il dönümünə həsr olunmuş xatirə lövhəsinin 29 noyabr, yəni şəhidin anım günündə açılış mərasimi təşkil olunub.

Tədbirdə Samux rayon Polis Şöbəsinin rəisi cənab Polad Qarayev, şəhidin döyüş yoldaşları, ailə üzvləri  və yaxınları, Samux  Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov  və  həmin dövrün şahidlərindən olan Samux Bələdiyyəsinin sədri Xətayim Cəfərov, həmçinin məktəbin pedoqoji heyyəti və şagirdlər iştirak ediblər.

Qeyd edək ki, Səhrəddin Yaqub oğlu  Əliyev 20 noyabr 1954-cü il  keçmiş Səfərəliyev rayonunda (indiki Samux şəhərində) anadan olub. Polis serjantı işləyib, ailəlidir və iki övladı var. 29  noyabr  1990-cı il  Xanlar rayonunun Qarabulaq kəndi ərazisində  növbədə olan 6 nəfər iş yoldaşı ilə bərəbər ermənilər tərəfindən başlanan müharibənin ilk şəhidləri olmuşlar.

Məktəbin direktoru Əminə Cəfərova  tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O, həmçinin çıxışında  qeyd edərək bildirib ki,  şagirdlərdə vətənpərvərlik hissini yüksəltmək məqsədi ilə belə tədbirlərin təşkili məktəbdə müntəzəm olaraq davam etdirilir. Daha sonra tədbirdə iştirak edənlər Səhrəddin Əliyevlə bağlı xatirələrini və  o dövrün baş verən hadisələri haqqında ətraflı məlumat veriblər.

Sonda tədbir məktəbin müəllimi Sevil Ələkbərovanın hazırladığı ssenari əsasında səhnələr,  vətənpərvərlik ruhunda musiqilərlə yekunlaşdırılıb.


Açar sözlər: ,  ,  ,