19.12.2019

Samux rayon ümumtəhsil müəssisələrinin rus bölməsi üzrə məktəbəhazırlıq qruplarında uşaqların qiymətləndirilməsi təşkil edilib

Samux rayon ümumtəhsil müəssisələrindən tədrisi digər dillərdə aparılan bölmələr (rus bölməsi) üzrə məktəbə hazırlıq qruplarında təhsil alan uşaqların şifahi nitq bacarıqlarının mövcud vəziyyətini müəyyən etmək məqsədilə Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey və İnstitut  qəsəbə tam orta məktəblərinin  0sinfində  uşaqlar üçün imtahan təşkil edilib.

Qiymətləndirmə Samux Rayon Təhsil Şöbəsinin metodistləri və məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər tərəfindən aparılıb.

Qeyd edək ki, qiymətləndirmə 5 meyar (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) üzrə təşkil edilib.

Qiymətləndirmənin nəticələri isə hər bir meyar üzrə “müsbət” və ya “mənfi” olmaqla qeyd edilərək sonda say üstünlüyü ilə nəticələr əldə olunub.