29.12.2019

“Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində (FHN) “Fövqəladə hallar uşaqların gözü ilə” IX Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qalibləri mükafatlandırılıb.

IX Respublika  Uşaq Yaradıcılıq Müsabiqəsində Samux rayonu ümumtəhsil məktəblərindən “Əl işi”  nominasiyası üzrə Samux şəhər 1 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdi Əliyev Yusif Qara oğlu  və  “Yumşaq oyuncaq”  nominasiyası üzrə isə Samux şəhər 2 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi  Hüseynzadə Toğrul Ramin oğlu qalib gəliblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqaladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti və mədəniyyətin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin qatıldığı müsabiqəyə sentyabrın 27- dən start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza- xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon, ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat komitəsinə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Yazıçılar Birliyi və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.


Açar sözlər: ,  ,  ,