13.01.2020

Samux rayonu üzrə respublika fənn olimpiadalarının  birinci  mərhələsi  keçirilib

Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi yanvarın 12-də Samux rayonunda da fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi keçirilib.

Samux rayonu üzrə keçirilən bilik yarışının ilkin mərhələsində iştirak üçün 323 nəfər şagird müraciət edib.

Bilik yarışında  IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat , coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də, çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilnməsindən ibarətdir.


Açar sözlər: ,  ,