17.01.2020

Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir ?

Yanvarın 17-də Samux rayon ümumi təhsil müəssisələrində 20 Yanvar -  Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.

Dərslərdə  ilk olaraq  xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu il dönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Dərslərdə xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri də dinlənilib.

Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisi, ədəbi - bədii kompozisiyalar təşkil edilib, konfrans, seminar, mühazirə və “Dəyirmi masalar”da keçirilib.

Qeyd edək ki, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri və şagirdlər tərəfindən Şəhidlər Xiyabanı, şəhidlərin xatirəsinə ucaldılmış abidələr mütəmadi olaraq ziyarət edilir.


Açar sözlər: ,  ,