31.01.2020

Samux Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura iclası keçirilib

31 yanvar 2020-ci il tarixində  Samux Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə  növbəti təhsilyanı şura iclası keçirilib.

İclasın gedişində Samux Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri və metodistləri tərəfindən Ziyadlı kənd tam orta məktəbində normativ sənədlərin icrası vəziyyəti, Alabaşlı qəsəbə  tam orta və Qədili kənd ümumi orta məktəblərinin monitorinqinə dair yoxlamalar, o cümlədən, 14 dekabr 2019-cu il tarixində Təhsil Nazirliyi tərəfindən IX sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının və Respublika Fənn Olimpiadalarının rayon mərhələsinin nəticələrinin təhlili və müzakirəsi edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən keçirilmiş sınaq imtahanının nəticələrinə əsasən Samux şəhər 2 nömrəli  tam orta, Samux şəhər 1 nömrəli məktəb-lisey və Köbər kənd tam orta məktəbləri nəticələrinə əsasən ilk yerlərdə qərarlaşıb.

Sonda görüləcək işlərlə bağlı olaraq Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov tərəfindən iclas iştirakçılarına tapşırıqlar verilib.


Açar sözlər: ,  ,