17.02.2020

“Ədəbiyyat  biliciləri”  müsabiqəsinin  rayon  mərhələsi  keçirilib

Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin  29.11.2019-cu il tarixli  F-703  nömrəli  əmrini  rəhbər  tutaraq  15.02.2020-cu il  tarixdə  Samux rayon  ümumi təhsil  məktəb  şagirdlərinin  iştirakı  ilə “Ədəbiyyat biliciləri”  müsabiqəsinin  rayon mərhələsi  keçirilib.

Qeyd edək ki, müsabiqəni  təşkil  etmək  məqsədilə  əvəllcədən  9 nəfər üzvdən  ibarət  təşkilat  komitəsi  yaradılıb və təlimata  uyğun  olaraq  8 və 9-cu  siniflər üzrə 2 variant olmaqla 10  sual,  10 və 11-ci  siniflər üzrə isə  2  variant olmaqla  15  sual  tərtib  olunub.

Müsabiqənin  keçrilməsində  məqsəd  Azərbaycan  və dünya  ədəbiyyatının  görkəmli  nümayəndələrinin  yaradıcılıqları  haqqında  şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması  və  onların  mütaliəyə  meyl  və  maraqlarının  gücləndirilməsindən ibarətdir.

 

 


Açar sözlər: ,  ,