26.02.2020

İlk dərslər Xocalı soyqırımına həsr edilib

Fevralın  26-da Samux rayon ümumi təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr edilib.

Azərbaycan Respublikasının Təhsil nazirinin 13.02.2020-ci il tarixli F-91 nömrəli  əmri ilə təsdiq edilmiş   “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar Tədbir Planı” na əsasən  tədris olunan dərslərdə Xocalı qurbanlarının xatirəsi yad edilib, şagirdlərə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, onlara Vətənə, doğma torpağa məhəbbət hissi aşılanıb.

Tədbirlər Planına uyğun olaraq, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş xatirə gecələri, foto və rəsm sərgiləri, şəhidlərlə görüşlər keçirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filimlərin nümayişi təşkil edilib.

 


Açar sözlər: ,  ,