05.03.2020

Samux rayon ümumi təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir

Samux rayon ümumi təhsil müəssisələrində koronavirus ( COVİD-19 ) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tibbi-prifilaktik və infeksiyaedici tədbirlər davam etdirilir.

Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonun bütün ümumi təhsil müəssisələrində dezinfeksiya işləri artıq başa çatdırılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanındakı operativ  qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici  və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-nu müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulub.


Açar sözlər: ,