15.05.2020

04.05.2020 - ci il Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə toplantısı, koorupsiyaya qarşı mübarizə və kadr islahatı

Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə təsis edilib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə Soyuq müharibə və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilmişdir. BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırmışdır. Bu baxımdan, Soyuq müharibənin başa çatmasına baxmayaraq, Hərəkat öz aktuallığını qoruyub saxlamış və öz sıralarını daha da genişləndirmişdir. Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlmişdir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmuşdur.

Üzv dövlətlər həmçinin dövlətlərin ərazi bütövlüyü və milli birliyinin pozulması cəhdlərinə qarşı kəskin etirazlarını ifadə edərək dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə öhdəliklərini ifadə edirlər. Eləcə də insan hüquqlarının universallıq, şəffaflıq, qərəzsizlik prinsipləri əsasında qeyri-seçimli və siyasi alətə çevirmədən inkişafına dair mövqe ifadə olunur.

Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndiririk.Ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə ölkəmizin sədrliyi dəstəkləndi.

Üzv dövlətlər həmçinin dövlətlərin ərazi bütövlüyü və milli birliyinin pozulması cəhdlərinə qarşı kəskin etirazlarını ifadə edərək dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə öhdəliklərini ifadə edirlər. Eləcə də insan hüquqlarının universallıq, şəffaflıq, qərəzsizlik prinsipləri əsasında qeyri-seçimli və siyasi alətə çevirmədən inkişafına dair mövqe ifadə olunur.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada Azərbaycanın “77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusən diqqət yetirilmişdir. 2005-ci ildən etibarən Azərbaycan 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərmişdir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarının inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirmişdir.

Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədilə tam ödənişli təqaüdlər verir.

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Buna görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik.

Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayıb. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyimiz görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir.Müstəqilliyimizin ilk illəri Azərbaycan üçün çox keşməkeşli olmuşdur. Xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olmuşdur. Azərbaycanda vətəndaş müharibəsi başlamışdır. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu, ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu.

Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur.

Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə Görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür. Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur.

Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmamışdır.  Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərdi. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də ölkə prezidentinə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı.

Zirvə Görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim ediləcəkdir.

Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırdı. Bu vəsait hökumətlə  razılaşıldırmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən nazirlər konfransının açılış mərasimində çıxışı zamanı səsləndirdiyi kimi "Hamımız müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”. Qoşulmama Hərəkatının gələcəyi və gücü, məhz birlikdə olmaqda və vahid mövqe nümayiş etdirməkdədir. Azərbaycan, öz növbəsində, qarşıdan gələn QH sədrliyi müddətində bu məqsədlərə nail olmaq üçün bütün səylərini səfərbər edəcək.

Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlamışdır. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında" Fərman dövlətin bu sahədə strateji kursunu müəyyən etmişdir. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" və Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" konvensiyalarına, həmçinin "Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası"na qoşulmuşdur. Bununla yanaşı, prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılmışdır

“Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır. ", - deyən dövlət başçısı bu kimi əməllərin dövlət və dövlətçiliyə qarşı xəyanət kimi qiymətləndirmişdir.

Cənab Prezident tərəfindən verilən tapşırıqların əhəmiyyətinə ciddiyətinə varmayan , rüşvət və korrupsiya hallarına son qoymayan bəzi məmurların dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Həbs edilmiş icra başçılarının istintaqı gedir , bu günə qədər nümayiş etdirilən videokadrlar onu göstərir ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olmuşdur. Yəni, bütün aidiyyəti qurumlar bir qayda olaraq hər ay icra başçılarına və icra hakimiyyətinin digər nümayəndələrinə rüşvət verməli olmuşlar. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir.

Prezident İlham Əliyevin strateji idarəetmə siyasətinə uyğun olaraq reallaşdırılan kadr və struktur islahatları müstəqilliyimizin daha da gücləndirilməsi, vətəndaş məmnunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbətin qurulması məqsədi daşıyır. Artıq Prezident Administrasiyası və Nazirlər Kabinetinin yeni strukturu təsdiqlənib. Hazırda isə icraedici hakimiyyətdə struktur islahatları davam etdirilir, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulur. Ölkə rəhbəri hər zaman dövlət məmurlarının vəzifəyə gəlir mənbəyi kimi baxmamalarını, xalqa xidmət etmələrini, başlıca missiyalarının, vəzifələrinin isə məhz bundan ibarət olduğunu tövsiyə edib. Prezident İlham Əliyev bununla bağlı yeni təyin olunan icra hakimiyyəti başçılarına bildirib: “Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır”.

Buradan, həm də belə bir qənaət hasil olur ki, dövlətimizin başçısı idarəetmədə islahatlar prosesini daim inkişaf etdirməkdə qərarlıdır. Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli Fərmanı da məhz bu məqsədlə imzalayıb. Fərmanla qarşıya qoyulan əsas vəzifə isə Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması, habelə dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin reallaşdırılmasıdır.

Burada bir məqamı da vurğulamaq istərdik. Dövlət başçısı tərəfindən son illərdə struktur islahatları çərçivəsində bir sıra qurumların fəaliyyəti dayandırılıb. Etiraf edək ki,  həmin strukturlar,  doğrudan da,  öz üzərlərinə düşən vəzifələri müasir tələblər səviyyəsində yerinə yetirə bilmirdilər. Bir qismi də dövlət büdcəsindən maliyyə alır, ancaq ondan səmərəli şəkildə yararlanmırdılar.  Məhz bütün bunlar nəzərə alınaraq, Prezident İlham Əliyev tərəfindən cari ilin əvvəlindən başlayaraq, struktur islahatları sürətləndirildi.  Bu zaman strateji uğurların davamlılığının təmin edilməsi məqsədilə paralel strukturlar, səmərəliliyi lazımi səviyyədə nəzərə çarpmayan qurumlar və kifayət qədər çevik fəaliyyət mexanizminə malik olmayan təşkilatlar idarəetmə vahidi kimi əvəzləndi. 

İdarəetmədə islahatlar prosesi ölkəmizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib. Azərbaycan dünya reytinq cədvəllərində rəqabət qabiliyyəti dinamik yüksələn dövlət kimi qəbul edilib. Bu, beynəlxalq hesabatlarda da öz ifadəsini tapıb. “ASAN xidmət”, DOST, ABAD, “Bir pəncərə” İxraca Dəstək Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi  100 faizə yaxınlaşıb. 

Struktur islahatları kimi mühüm bir məsələyə xüsusi diqqət yetirən dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatların aparılmasına ciddi ehtiyac var. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması bundan sonra da davam etdiriləcəkdir. Çünki hazırda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Belə halda isə struktur islahatlarının həyata keçirilməsi zəruridir. Bu cür şəraitdə, şübhəsiz ki, daha səmərəli işləmək və iqtisadi inkişaf templərini daxili resurslar hesabına reallaşdırmaq mümkündür.


Açar sözlər: ,