18.05.2020

Məktəblilərin iştirakı ilə onlayn şahmat yarışı keçirilib

Gəncə şəhər Gənclər və  İdman Baş İdarəsinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat  Məktəbinin birgə təşkilatçılığı ilə 7 may 2020-ci ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn şahmat yarışı keçirilib.

 İsveçrə sistemi ilə keçirilən yarışda 55 məktəbli şahmatçı  iştirak edib. Yarış 11 turda oyunun sonunadək 3 dəqiqə olmaqla baş tutub. Ümumi turnirdə ilk 3 yerin və qızlar arasında ilk 2 yerin sahibləri pul mükafatları qazanıblar.

Yarışın nəticələrinə əsasən Samux şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Aytac Məmmədova qızlar arasında 2-ci yeri qazanıb.


Açar sözlər: ,  ,