Faiq Həsənov Göyüş oğlu 

 

1975-ci ildə  Xocalı rayon  Kosalar  kəndində anadan olub .

1982-1992-ci illərdə Xocalı rayon Kosalar kənd orta məktəbində oxuyub.

1992-1997-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb və tarix və əlavə hüquq müəllimi ixtisasını fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə həqiqi hərbi xidmət keçib.

İlk əmək fəaliyyətinə Ağdam Kənd Təssürrüfatı Texnikumunda müəllim kimi başlayıb.

1999-2004-cü illərdə Xocalı rayon Başkənd kənd tam orta məktəbində müəllim, 2004-2009-cu illərdə isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.

2009-cu ildən Samux rayon Təhsil Şöbəsinin müdiri müavini  vəzifəsində işləyir.

1-ci dərəcəli dövlət qulluqçusudur.

Bir oğlu, bir qızı var.