Gülağa Hüseynov Hacıbaba oğlu 

 

1955-ci ildə Samux rayonun Sərkar kəndində anadan olmuşdur.

1981-ci ildə H.Zərdabi adına KDPİ-nun fizika-riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə riyaziyyat müəllimliyi ixtisası üzrə bitirmişdir. 

1981-1988-illərdə İsmayıllı rayonu Şəbiyan kənd ümumi orta məktəbində təyinatla riyaziyyat  müəllimi, 1988-1992-ci illərdə Samux rayonu Sərkar kənd tam orta məktəbində təşkilatçı müavin, 1992-2011-ci illərdə Sərkar kənd tam orta məktəbində direktor vəzifəsində çalışmışdır. 

2012-ci ilin yanvar ayından sentyabr ayına kimi Samux rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində işləmişdir.  

Azərbaycan Respublikası Təhsil Nazirliyinin  11/39 nömrəli,  25 yanvar 2007-ci il tarixli əmri ilə  "Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi" nişanı ilə təltif olunmuşdur. 

Azərbaycan respublikası Prezidentinin 30 sentyabr 2008-ci il  tarixli 505 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasınin "Tərəqqi medalı" ilə  təltif olunmuşdur. 

Samux rayon İcra Hakimiyyətinin  10 sentyabr 2012-ci il  tarixli, 76 nömrəli Sərəncamı ilə  ilə Samux rayon Təhsil Şöbəsinə  müdiri vəzifəsinə təyin edilmişdir.

İki oğlu, bir qızı var


Açar sözlər: