22.06.2017

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl məktəbə qəbul edilməsi üçün sənəd qəbuluna başlanılıb

Valideyinlərin nəzərinə!

İyunun 20-dən iyulun 20-dək “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.12-ci maddəsinə əsasən xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı sənəd qəbulu başlanıb.

Tələb olunan sənədlər aşağıdakılardır:

1. Uşağın sağlamlığını təsdiq edən sənəd ( U-26 );

2. 3x4 2 ədəd şəkil;

3. Doğum haqqında şəhadətnamənin surəti;

4. Valideynin ərizəsi.

Ünvan: Samux Rayon Təhsil Şöbəsi

Saat : 9:00 – 18:00