Samux rayon Təhsil şöbəsi 1992-ci ildən fəaliyyət  göstərir. Təhsil şöbəsi nəzdində  35 məktəb, 5 məktəbdənkənar müəssisə   fəaliyyət göstərir.  Məktəblərdən:- 23-ü tam orta məktəb, 11-i ümumi orta məktəb və 1-i ibtidai məktəbdir. 2015-2016-cı tədris ilində üçün  bu məktəblərdə 7940 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 1034 müəllim məşğul olur.

5 məktəbdənkənar müəssisələrdən:-  1 Uşaq-Gənclər Şahmat məktəb, 1 Ekoloji Tərbiyə və təcrübəçilik mərkəzi , 1 Uşaq Yaradıcılığı Mərkəzi, 1 Uşaq-Gənclər İdman Məktəbi və 1 Gənc Texniklər mərkəzidir.

2003-cü ildən sonra rayonda 11 yeni məktəb binası inşa edilmiş, 8 məktəbdə əlavə korpus tikilmiş,  15  məktəb binası əsaslı təmir olunmuşdur.

Təhsil şöbəsi Samux şəhər Heydər Əliyev prospekti 4 ünvanında yerləşir.