22.09.2020

Samux rayon ümumi təhsil məktəblərində xüsusi karantin rejimi dövründə verilmiş metodiki göstərişlərin təşkil edilməsinə dair monitorinqlər keçirilib

Samux rayon ümumi təhsil müəssisələrində “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodik göstərişlər” və  “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində sosial məsafənin saxlanılmasına dair metodik  göstərişlər” in təşkilinin təmin edilməsi prosesinə nəzarət etmək məqsədilə Samux Rayon Təhsil Şöbəsinin əməkdaşları tərəfindən rayon ümumi təhsil  məktəblərində monitorinqlər keçirilib.

Qaraağaclı, Köbər, Yenikənd, Əhmədbəyli, Lək, Samux şəhər 3 nömrəli tam orta, Samux şəhər 1 nömrəli məktəb-liseydə və Qiyaslı, Sarıqaya, Hacallı kənd ümumi orta məktəblərində keçirilən monitorinqlər zamanı  məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılmasına, növbə ilə məktəbə daxilolma prosesini tənzimləmək üçün əməkdaşların ayrılmasına, məktəbdə təhsil alan şagirdlərin sayı ilə giriş və çıxış qapılarının sayının uyğunluğu, hərarətin ölçülməsi və giriş-çıxışın spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təminatı kimi hallar müşahidə olunub və çatışmazlıqlar haqqında məktəb rəhbərliyinə müvafiq tapşırıqlar və xəbərdarlıq verilib.

Bununla yanaşı, dərs cədvəllərinin müvafiq təlimata uyğunluğu, dərslərarası və növbələrarası fasilələrə  riayət edilməsi, tənəffüs zamanı hər bir sinif üçün növbəli qrafikin təşkili və  dəhlizdə və həyətyanı sahədə insan sıxlığını azaldaraq sosial məsafənin tənzimlənməsi  işi həyata keçirilib.

Qeyd edək ki, Samux Rayon Təhsil Şöbəsinin tabeliyində 35 məktəb ( 23 tam orta, 11 ümumi orta,1 ibtidai məktəb) fəaliyyət göstərir.


Açar sözlər: ,  ,