31.03.2021

“Ən yaxşı təqdimat” müsabiqəsi

               Samux Rayon Təhsil Şöbəsinin tabeliyinə daxil olan  ümumi təhsil müəssisələrinin  IX-XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əlliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat”  müsabiqəsinin rayon mərhələsi keçirilib.

  Müsabiqə iştirakçıları təqdimatın sərbəstliyi, təqdimatçının lüğət ehtiyatının zənginliyi, çıxış etdiyi mövzu ilə bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, danışdığı mövzu ilə bağlı şəxsi mülahizələrini bildirməsi və yaradıcılıq səviyyəsi meyarları üzrə qiymətləndirilib.

Müsabiqə Heydər Əliyev və Qarabağ başlığı altında müəyyən olunmuş mövzular əsasında sanitar-epidemioloji vəziyyət nəzərə almaqla təşkil edilib. Şagirdlərin təqdimatı  5 meyar əsasında  münsiflər heyəti tərəfindən  qiymətləndirildi , ən yaxşı təqdimatı göstərən Qarayeri qəsəbə 1 nömrəli məktəb –liseyin  şagirdi  Bayramova Leyla Alim  qızı Heydər Əliyev: “ Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”  mövzusu  üzrə rayon mərhələsinin qalibi seçilərək, ölkə mərhələsinə  vəsiqə qazandı.