21.04.2021

Samux rayonunda  eTwinning Plus layihəsinin online müşavirəsi  keçirilib

19.04.2021-ci il tarixində Samux rayon RTŞ müdiri Nurlana Həsənovanın təşəbbüsü ilə virtual məktəb platforması üzərində eTwinning Plus layihəsinin Samux rayonunda daha geniş tanınması, beynəlxalq layihələr haqqında ətraflı məlumatın verilməsi məqsədilə  online müşavirə keçirilib.

eTwinning Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. eTwinning Plus əməkdaşlıq proqramı "insanlar arasında əlaqələr"in inkişaf etməsinə imkan yaradır ki, bu da Avropa İttifaqının Qonşuluq siyasətinin başlıca vəzifələrindən birini təşkil edir. eTwinning layihəsi göstərdi ki, məktəblərlə müəllimlər arasında əlaqələr onlara müstəsna faydalar verir, təhsil, cəmiyyətimizin başlıca struktur elementi sayılır, Avropaya qonşu ölkələrdə yaşayan insanlarla əlaqələr isə mədəniyyətlərarası qarşılıqlı anlayışa və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə kömək edəcək.

Müşavirədə Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova, Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Natəvan Bədəlova, eTwinning Plus layihəsinin səfiri Ruhiyyə Mahmudova, Samux RTŞ əməkdaşları, rayon məktəb direktorları və müəllimləri iştirak etmişdir.

eTwinning Plus platformasının istifadə edilməsi Samux rayon Təhsil meneceri, İnstitut qəsəbə tam orta məktəbin ingilis dili müəllimi Aida Elyazova tərəfindən müəllimlər üçün təlimlərin təşkil olunması nəzərdə tutulub.