08.05.2021

 Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Mayın 8-də ölkə üzrə ,həmçinin Samux şəhər 1 nömrəli məktəb-liseydə Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

 

 Müsabiqədə Samux rayonu üzrə 118 nəfər şagird olimpiadada iştirak etmişdir .

 

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadə  irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verilməsi, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarılması və onların həvəsləndirilməsindən  ibarətdir.

 

İki mərhələli olimpiadanın 1-ci mərhələsində 30 test sualı verilmişdir. 

Birinci mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın finalında iştirak etmək hüququ qazanacaqlar.