02.04.2022

Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib

2 aprel 2022-ci il tarixində Samux rayon Çobanabdallı kənd tam orta məktəbində Lütfi-Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib.

 

Olimpiadada rayon ümumtəhsil məktəblərinin 5-ci sinfində  təhsil alan 119 şagird iştirak edib.

 

Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.