04.04.2022

“Düşünən oxucu” müsabiqəsinin qalibləri arasında Alabaşlı qəsəbə tam orta məktəbinin şagirdi də mükafatlandırılıb

Məktəbliləri arasında ilk dəfə keçirilən “Düşünən oxucu” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Beynəlxalq Uşaq Kitabı Gününə təsadüf edən mərasim I Uşaq kitabı festivalının keçirildiyi “Passaj – 1901” sərgi salonunda baş tutub. Müsabiqənin nəticələrinə əsasən, 30 nəfər qalib şagirdə diplom və hədiyyələr təqdim edilib. Qalib şagirdlər arasında Alabaşlı qəsəbə tam orta məktəbinin şagirdi 9-cu sinif şagirdi Məmmədli Xatın Qafqaz qızı da var.

 

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin V - IX sinif şagirdləri arasında keçirilmiş “Düşünən oxucu” müsabiqəsi 5 yanvar - 21 fevral 2022-ci il tarixlərini əhatə edib. Üç mərhələdə təşkil olunmuş müsabiqənin birinci mərhələsinə 20609 nəfər şagird qoşulub, onlardan  final mərhələsinə 132 şagird keçib. Münsiflər 132 şagirdin videotəqdimatını qiymətləndirərək 30 nəfər qalibi müəyyən edib.