15.04.2022

Samux rayon tabeliyində fəaliyyət göstərən məktəblər arasında  “Şahinlər” hərbi-idman oyunlarının rayon mərhələsi  keçirilib

Samux Rayon Təhsil Şöbəsi, Samux Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi,Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə  “Şahinlər”  hərbi – idman oyunları yarışının rayon mərhələsi keçirilib. Oyun Samux şəhər 3 nömrəli məktəbdə keçirilib və ümumtəhsil orta məktəb, məktəb liseylərin 8-11-ci sinif şagirdlərindən ibarət 23 komanda iştirak edib. 

 

Məktəblilərin 5 mərhələdə sıra,mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması, tibbi bacarıqlar, qızlar arasında 100 metr məsəfayə qaçış , komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb. 

 

Qeyd edək ki,  “Şahinlər” hərbi idman oyunlarının təşkil olunmasında məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter almasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunmasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılmasına nail olmaqdır.

 

İlk mərhələyə Samux şəhər 1 nömrəli məktəb-lisey, şəhər 2 nömrəli, şəhər 3 nömrəli ram orta məktəblər, Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey, Qarayeri 2 nömrəli, Sərkar kənd, Ziyadlı və Qovlarsarı kənd tam orta məktəblərinin şagirdlərindən ibarət komandalar iştirak ediblər.Oyunların son nəticələrinə əsasən , rayon mərhələsi üzrə 1-ci yer Samux şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri qazanmışdır. 2-ci yer Sərkar kənd tam orta məktəb və 3-cü yer Samux şəhər 3 nömrəli tam orta məktəbinin şagirdlərinə aiddir.

 

Onu da nəzərinizə çatdıraq ki, Samux şəhər 2 nömrəli tam orta məktəbin komandası zona birinciliyində iştirak edəcək. 

Oyunda iştirak edən bütün şagirdlərimizə təşəkkür edir, qalib komandanı edirik!


Açar sözlər: ,  ,