Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.03.2022-ci il tarixli F-135 nömrəli əmrinə əsasən 26 aprel 2022-ci il tarixində Samux rayon UGİŞM-də Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Samux rayonu ümumtəhsil məktəblərinin Respublika Şahmat festivalının rayon mərhələsi keçirilmişdir. Turnir Olimpiya sistemi üzrə keçirilmişdir.Turnirdə 14 ümumtəhsil məktəbin komandası öz gücünü sınamışdır və nəticədə 3 qız və 3 oğlandan ibarət qalib komandalar aşağıdakılardır:
I yer - Samux rayon Sərkar kənd tam orta məktəb.
II yer- Samux rayon Qovlarsarı kənd tam orta məktəb.
III yer- Samux rayon Ziyadlı kənd tam orta məktəb.
1-ci yeri qazanmış Sərkar kənd tam orta məktəbinin komandası Respublika mərhələsində Samux rayonunu təmsil edəcək.
Gənc şahmatçılarımıza uğurlar arzu edirik!