Samux rayon Təhsil şöbəsi 1992-ci ildən fəaliyyət göstərir. Təhsil şöbəsi nəzdində 35 məktəb, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Məktəblərdən:- 23-ü tam orta məktəb, 11-i ümumi orta məktəb və 1-i ibtidai məktəbdir. 2015-2016-cı tədris ilində üçün bu məktəblərdə 7940 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 1034 müəllim məşğul olur.
5 məktəbdənkənar müəssisələrdən:- 1 Uşaq-Gənclər Şahmat məktəb, 1 Ekoloji Tərbiyə və təcrübəçilik mərkəzi , 1 Uşaq Yaradıcılığı Mərkəzi, 1 Uşaq-Gənclər İdman Məktəbi və 1 Gənc Texniklər mərkəzidir.
2003-cü ildən sonra rayonda 11 yeni məktəb binası inşa edilmiş, 8 məktəbdə əlavə korpus tikilmiş, 15 məktəb binası əsaslı təmir olunmuşdur.
Təhsil şöbəsi Samux şəhər Heydər Əliyev prospekti 4 ünvanında yerləşir.